Dünya

Pornoulduz futbol ulduzunu döydü - FOTO

2 İyul 2015 10:40
1 Şərh     Baxış: 2 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə pornoqrafik filmə çəkilmiş aktrisa, Playboy modeli Karla Hou İtaliyanın "Roma" klubunun oyunçusu Eşli Koulu döyüb.

Milli.Az Daily Star-a istinadən bildirir ki, insident Londondakı gecə klublarından birində baş verib. Karla bacısı Melissa ilə bu kluba əylənməyə getmişdilər.

"Eşli məni klubda təqib edirdi. Sonra mənə yaxınlaşdı, klubdan rədd olub getməyimi istədi. Onun üzünə üç dəfə şapalaq vurdum. Əmindim ki, onu bərk vurmamışam. Amma rəfiqəm sonradan mənə söylədi ki, Koul zərbələrimdən sonra danışa bilməyib. Bu əxlaqsız, bu yaramaz düşünür ki, qadınlara çirkab kimi yanaşmaq olar. Mən özümü və bacımı müdafiə edirdim",  - 34 yaşlı Karla deyib.

Karla Hounun barmaqlarında iri qaşlı üzüklər olduğundan şapalaqlar nəticəsində Eşli Koulun dodaqları partlayıb.

Eşli Koul onu vuran Karla Hounun əkiz bacısı Melissa ilə 5 ilə əvvəl görüşürdü.

Karla hesab edir ki, Koul onu bacısı Melissa ilə səhv salıb.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.