Dünya

İran 13 ton qızılını sanksiyadan qurtardı

1 İyul 2015 23:48
0 Şərh     Baxış: 1 150
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran özünün 13 ton qızılını sanksiyaların təsirindən azad etməyi bacarıb. Musavat.com-un İranın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, ölkənin Mərkəzi Bankının və Xarici İşlər Nazirliyinin səyləri hesabına Vyanada "altılıq" ölkələri ilə danışıqlarda İranın Cənubi Afrika ölkələrinin birində dondurulmuş qızılı üzərindən sanksiyaların götürülməsi də müzakirə edilib və Tehran uğura nail ola bilib.

Bu barədə İran Mərkəzi Bankının sədri Vəliyulla Seyf bildirib. Onun sözlərinə görə 13 ton qızıl artıq Mərkəzi Banka təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.