Dünya

Türkiyə "Qazprom"la qiymət endirimi anlaşmasına ümid edir

1 İyul 2015 23:45
0 Şərh     Baxış: 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə hökuməti Rusiya holdinqi "Qazprom"la iyulun ortasınadək "Botaş" şirkəti üçün təbiin qazın qiymətində endirimlə bağlı anlaşma əldə olunacağına ümid edir. Musavat.com-un məlumatına görə bu barədə "Reuters" etibarlı mənbəyə istinadən xəbər verib.  

Mənbə bildirir ki, tərəflər qiymətlə bağlı anlaşma əldə edə bilməsə, Türkiyə Beynəlxalq Arbitraj Məhkəməsində iddia qaldıra bilər. Bu günə tərəflərin öz iddialarını qismən yumşaltdığı deyilir. "Ehtimal edilir ki, problem 1-2 həftənin ərzində həllini tapacaq" - mənbə əlavə edib.

Xatırladaq ki, ötən il "Qazprom" və Botaş "Türk axını" qaz kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.