Dünya

Türkiyə parlamentinin yeni sədri seçildi - YENİLƏNİB

1 İyul 2015 19:30
0 Şərh     Baxış: 1 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:30

Bu gün Türkiyə Böyük Millət Məclisinin (parlament) yeni sədri seçilib.

Trend-in məlumatına görə, müdafiə naziri İsmət Yılmaz səs çoxluğu ilə parlamentin spikeri seçilib. Deputatlardan 258-i onun lehinə səs verib.

Qeyd edək ki, parlament sədrliyinə Ədalət və İnkişaf Partiyasından (AKP) İ.Yılmazın, Cümhuriyyət Xalq Pariyasından (CHP) Dəniz Baykalın, Milliyətçi Hərəkat Partiyasından (MHP) Ekmələddin İhsanoğlunun və Xalqların Demokrat Partiyasından (HDP) Dengir Mir Mehmet Fıratın namizədliyi irəli sürülmüşdü.

Xatırladaq ki, ötən gün ikinci turda heç bir namizəd zəruri sayda səs toplamadığından bu gün səsvermənin üçüncü və dördüncü turları keçirilib.

----------

18:52

Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin seçilməsi üçün səsvermənin 3-cü turu keçirilib.

APA-nın xəbərinə görə, AKP namizədi İsmət Yılmaz 259, CHP namizədi Dəniz Baykal 129, MHP namizədi Ekmələddin İhsanoğlu 80, HDP namizədi Dengir Mir Merhmet Fırat isə 78 səs alıb.

Beləliklə, İ.Yılmaz və D.Baykal 4-cü tura keçiblər. Son turda İ.Yılmazın qalib gələcəyi proqnozlaşdırılır, çünki MHP namizədlərdən heç birinə səs verməyəcəyini açıqlayıb. Bu halda AKP-nin öz səsləri sədri seçmək üçün kifayət edəcək.     

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.