Dünya

İlk dəfə: 18 İŞİD-çinin edam videosu yayıldı - FOTO

2 İyul 2015 09:55
4 Şərh     Baxış: 2 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyada bir sıra radikal islamçı qruplaşmaları birləşdirən "Ceyş əl İslam" təşkilatı "İraq və Şam İslam Dövləti"nin (İŞİD) 18 terrorçusunu edam edib.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, "Ceyş əl İslam" edamın videosunu yayıb. Videoda "Ceyş əl İslam"ın üzvləri narıncı rəngli kombinezonlarda, İŞİD mənsubları isə qara rəngli geyimdədirlər.

Əl və ayaqlarına zəncir vurulmuş İŞİD terrorçuları edam yerinə aparılaraq diz çökdürülüblər. Onların "cinayətləri və çirkin əməlləri"ni etiraf etdikləri kadrlar göstərilib, daha sonra hökm oxunub.

"Ceyş əl İslam" mənsubları qarşılarında diz çökdürülmüş İŞİD-çilərin başlarına atəş açaraq onları öldürüblər.

"Ceyş əl İslam"ın yaydığı videoda o da bildirilir ki, bu edam təşkilatın 3 üzvünün İŞİD tərəfindən öldürülməsinə cavabdır.

İŞİD ötən həftə Suriyadakı islamçı qruplaşmaların 12 üzvünün, o cümlədən "Ceyş əl İslam"ın 3 mənsubunun başını kəsmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.