Dünya

Sarkisyan Ermənistanı satışa çıxardı

1 İyul 2015 14:02
Baxış: 3 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ermənilər istəyirlər ki, öz musiqilərinə oynasınlar, ancaq pulu Rusiya ödəsin".

Milli.Az xəbər verir ki, bu sözləri azərbaycanlı millət vəkili, politoloq Rasim Musabəyov özünün Facebook səhifəsində yazıb.

"Tək ayrı-ayrı şəxslərin deyil, həmçinin qəzetlərin, telekanalların və hətta ölkələrin müstəqillikləri özünü saxlamaq qabiliyyəti olmayanda illüziyaya çevrilir. Köçürmələr və transferlər hesabına yaşayan Ermənistan artıq uzun müddətdir ki, öz təhlükəsizliyini, iqtisadiyyatını və infrastrukturunu təmin etmək gücündə deyil. Onun sərhədlərini Rusiya sərhədçiləri qoruyur, Gümrüdə 102-ci baza yerləşir, hərbi texnika güzəştli kreditlərlə və ya pulsuz verilir. Ermənistanın üzərinə Moskvanın yaratdığı ODKB və EAES kimi birliklərdə olmaq öhdəliyi qoyulub. Ölkənin dəmir yolları, AES, qaz təsərrüfatı, mobil rabitə və başqa sahələrin ya idarəetməsi, ya ad mülkiyyəti Rusiyaya verilib. Ermənistanın dövlət müstəqilliyindən qalan yalnız xarici atributlar və beynəlxalq-hüquqi tanınmadır", - deyə o əlavə edib.

Musabəyov sual edir ki, Yerevanda mitinqə çıxanların və KİV-lərin Avrasiya İttifaqından çıxmaq, Rusiyaya olan borcların əvəzində verilmiş obyektləri milliləşdirmək kimi fikirlər haradandır?

"Moskvanın vassalı olaraq Paris, Vaşinqton, Berlin və Brüsselin yollarında qalan prezident Serj Sarkisyan da buna əmin deyil. Əsas məqsəd Avropa Xalqlar Partiyasının sammitində formal olaraq iştirak etmək üçün, reallıqda isə Rusiyanı "atsa", orada qəbul olunarmı kəşfiyyatı aparmaqdır. Ermənistandakı hakim kriminal-oliqarx klanı özünün hakimiyyətini qorumaq üçün nəinki dövlət əmlakını, hətta bütöv ölkəni girov qoymaq və ya satmağa hazırdır. 300 milyard borc yığan və indi geri qaytarmaqdan imtina edən Yunanıstan kreditorları ayıltdı. Ermənistanın dövlət müstəqilliyi isə geopolitik bazarda olduqca ucuzdur. Xüsusilə də "satıcı" Serj Sarkisyan kimi fırıldaqçıdırsa", - deyə o əlavə edib.

Musabəyov hesab edir ki, Ermənistan üçün yalnız bir seçim qalır: Moskvanın ətəyindən bərk-bərk yapışmaq.

"Xüsusilə də, Yerevandakı Rusiya əleyhinə "tarif maydanı"nda gərginliyi azaltmaq üçün Kremlin öz vassalının qarşısına sümük atmaq qərarına gəldiyi bir vaxtda", - o qeyd edib.

Politoloq Rusiya tərəfindən Ermənistana silahlı qüvvələri müasirləşdirmək məqsədi ilə 200 milyon güzəştli kredit ayrıldığını da xatırladıb.

"Bundan başqa, qaz qiymətlərinin 189 dollardan 165 dollara endirilməsi və Metsamor AES-in reabilitasiyası üçün pul ayrılacağı vəd edilib. Gördüyümüz kimi, dövlət "müstəqilliyinin" dəyərsiz aktivi hesabına hansısa ödəniş əldə edə bilib. Ancaq borcları ya ödəmək lazımdır, ya da ki, qazanmaq", - o qeyd edib.

Teymur Hacıyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.