Dünya

Məşhur türk bəstəkardan "Sarı Gəlin"lə bağlı qalmaqallı - VİDEO

1 İyul 2015 13:54
7 Şərh     Baxış: 2 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur pianoçu və bəstəkarı Fazil Say "Sarı Gəlin" musiqisinin sınaq ifasında hansı xalqa məxsus olması ilə əlaqədar maraqlı şərh verib.

"Qafqazinfo" xəbər verir ki, videonu sosial şəbəkədə paylaşan pianoçu "Sarı Gəlin"i yeni əsərində ilk dəfə istifadə edəcəyini deyib. Mahnının hansı xalqa məxsus olması ilə bağlı illərdir gedən mübahisələrdən gileylənən Fazil Say müsiqinin dünyəvi olduğunu və bu münaqişələrin onun gözəlliyinə xələl gətirdiyini bildirib:

"Türk mahnısıdır? Erməni mahnısıdır? İran mahnısıdır? Azəri mahnısıdır? Hamı bizim mahnımızdır deyir. Bu musiqi hər dildə var, sözləri fərqli-fərqli. "You Tube"da mahnının altındakı şərhlərə baxıram. Qorxunc mübahisələr gedir. Bəllidir ki, yüz illər əvvəl insanlar bir bəstə yaradıblar. Nəsillərdən-nəsillərə, dillərdən-dillərə gələn bu musiqi anonimdir. Hansı əsrdən gəldiyi məlum deyil. Anonim musiqi su kimidir, qoyun başqaları da o sudan içsinlər. Əsas odur ki, musiqi gözəl olsun, nə dinlədiyimiz vacib deyil. İnsanlar bir-birinin dilini bilməsələr də, musiqi onlara çatar. İnsanlar bir-birini anlayarlar. Təki insan olsunlar. Bax, nə gözəl mahnı".

Qeyd edək ki, bəstəkar bundan əvvəl də Aşıq Veysəlin "Qara Torpaq" xalq mahnısından ilhamlanaraq hazırladığı bəstənin adını daşıyan CD ABŞ-da "Billboard" siyahılarında 6-cı yerə yüksəlib. Sənətçi 2013-cü ildə sosial şəbəkədəki paylaşımlarına görə "Xalqın mənimsədiyi dəyərləri açıq-aşkar alçaltmaq" səbəbi ilə 10 ay həbs cəzası alıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.