Dünya

Təyyarə otelə düşdü: ölənlərin sayı 113-ə çatdı - YENİLƏNİB - FOTO

30 İyun 2015 18:58
2 Şərh     Baxış: 2 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:58

İndoneziyada hotel üzərinə düşən Hercules C-130 hərbi yük təyyarəsinin göyərtəsində 113 nəfər olub.

APA-nın i24 news-a istinadən verdiyi məlumata görə, onlardan 101 sərnişin və 12 nəfər ekipaj üzvü olub.

İndoneziya Hərbi-Hava Qüvvələrinin komandanı Aqus Supriatna bildirib ki, onların hamısının öldüyü güman edilir. Onun sözlərinə görə, artıq 49 nəfərin meyiti tapılıb.

Qəza qurbanlarının sayının artacağı istisna olunmur. 

---------

16:08

İndoneziyanın "Hercules C-130" hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 50 nəfəri ötə bilər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, təyyarə Sumatra adasının Medan şəhərindəki hotel və yaşayış məhəllələrinin üzərinə düşüb.

Məlumata əsasən, təyyarənin uçuş siyahısında 55 sərnişin var. Xəstəxanaya çatdırılmış 30 ölüdən 5-i ekipaj üzvüdür.

Daha əvvəl bildirilirdi ki, ölən 38 nəfər arasında 1 uşaq da var. Qəza yerində hələ də ölülərin olduğu bildirilir. Təyyarənin göyərtəsində 12 ekipaj üzvü və sayı dəqiq bilinməyən sərnişinlər olub.

----------

14:35

İndoneziyanın "Hercules C-130" hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğruması nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, təyyarə Sumatra adasının Medan şəhərindəki otel və yaşayış məhəllələrinin üzərinə düşüb.

Məlumata görə, ölən 38 nəfər arasında 1 uşaq da var. Qəza yerində hələ ölülərin olduğu bildirilir. Təyyarənin göyərtəsində 12 ekipaj üzvü və sayı dəqiq bilinməyən sərnişinlər olub.

---------

12:12

İndoneziyada ölkənin Hərbi-Hava Qüvvələrinin nəqliyyat təyyarəsi Medan şəhərində qəzaya uğrayıb.

Milli.Az Reuters-ə istinadən bildirir ki, təyyarənin otelin üzərinə düşməsi nəticəsində ən azı 30 nəfərin həlak olduğu bildirilir.
Təyyarə Şimali Sumatra vilayətindəki Medan şəhərindən Bunquran adasına uçurdu. Qəza təyyarə səmaya qalxandan bir neçə dəqiqə sonra baş verib.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.