Dünya

Qlobal çaxnaşma gözlənilir

30 İyun 2015 09:54
0 Şərh     Baxış: 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Az əvvəl "The Wall Street Journal" qəzeti özünün Twitter səhifəsində Yunanıstan hökumətinin iyunun 30-da defolt elan etməyə qərar verdiyi barədə təcili xəbər yerləşdirib.

Virtualaz.org saytı xəbər verir ki, qəzet bu xəbəri yüksək vəzifəli Yunanıstan hökumət rəsmisinə istinadən yayıb.

Yunanıstanın Beynəlxalq Valyuta Fonduna 1.6 milyard dollar kredit borcunu ödəmək üçün iyunun 30-dək vaxtı var idi.

Məlumatda bildirilir ki, Afina borcu ödəmək iqtidarında deyil və bu gün rəsmən defolt qərarını elan edəcək.

Bundan əvvəl, iyunun 26-da Yunanıstan hökuməti beynəlxalq kreditorlarla ölkənin borclarının restrukturizasiyasına  və maliyyə yardımı proqramının uzadılmasına dair razılaşma əldə edə bilməyib. İyunun 28-də hökumət bankların fəaliyyətinin iyulun 6-dək dayandırılmasına dair qərar verib. Bankomatlardan nəğd pul çıxarılmasına sərt məhdudiyyət qoyulub.

Hökumət beynəlxalq kreditorların - Avropa Komissiyasının, Avropa Mərkəzi Bankının və Beynəlxalq Valyuta Fondunun iqtisadi qənaət tədbirlərinə dair tələblərini iyulun 5-də referenduma çıxarmağı qərara alıb. Plan 8 bənddən ibarətdir, vergi sistemində dəyişiklikləri, pensiya islahatını və korrupsiyaya qarşı mübarizəni nəzərdə tutur.

Defolt dedikdə borclu tərəfindən borc öhdəliklərinin yerinə yetirilmədiyinin elan edilməsidir. Başqa sözlə, bu, borcalanın müflis olması anlamını verir. Yunanıstanın defolt elan etməsi Avropanın maliyyə və fond bazarlarında ciddi çaxnaşmalara səbəb  olacaq.

Analitiklər hesab edir ki, Yunanıstan ətrafında baş verən dramatik proseslər yeni qlobal  böhrana gətirib çıxara, Avropanın bir sıra banklarının çökməsinə gətirib çıxara bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.