Dünya

Facebook-un ən məşhur uşağı: bir fotoya 108 min "like" - FOTO

30 İyun 2015 11:59
2 Şərh     Baxış: 4 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın Brisben şəhərində yaşayan reper Fortafinin qızı İcipt indi Facebook-un ən məşhur uşağına çevrilib.

Milli.Az bildirir ki, əsl ad və soyadı Sem Ratumaytavuki olan Fortifi və onun qeyri-rəsmi nikahda olduğu Şana Eversin qızları, 8 aylıq İciptin bir fotosu 108 min "like" toplayıb.

Foto o qədər populyarlaşıb və sürətlə yayılıb ki, balaca İciptlə amerikalı erotik ulduz Kim Kardaşyan və onun əri, reper Kanye Uest tanış olmaq qərarına gəliblər.

Kardaşyan və Uest Avstraliyada olarkən Fortafi ailəsinə baş çəkiblər, İciptlə görüşüblər.
"Kanye ilə Kim qızımla oynadılar, onu qucaqlarına aldılar, çoxlu fotolarını çəkdilər, sonra da sosial şəbəkələrdəki profillərində paylaşdılar. İcipt balaca mələkdir. Onun belə məşhurlaşması ilə qürurlanıram, fəxr edirəm", - Fortafi Facebook-dakı profilində yazıb.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.