Dünya

Yerevanı iki gün "çalxalayacaqlar"

30 İyun 2015 08:53
0 Şərh     Baxış: 1 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerevan Polis İdarəsinin rəis müavini polkovnik Valeri Osipyan hesab edir ki, Ermənistan paytaxtındakı mitinqlər daha iki gün davam edəcək.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Valeri Osipyan polisin hazırda etirazçılara qarşı tədbir görmək niyyətinin olmadığını qeyd edərək, etirazçıların özlərinin dağılışacağına əmin olduğu bildirib. 
 
"Mitinq daha iki gün davam edəcək", - deyə Osipyan jurnalistlərə bildirib.  
 
Yerevan Polis İdarəsinin rəis müavini etirazçılara müraciət edərək 23.00-dan sonra səs-küy salmağın qanunla qadağan olduğunu xatırladaraq asayişi pozmamağa çağırıb.  
 
Yerevanın mərkəzində hərəkət qismən məhdudlaşdırılıb, aksiya keçirilən əraziyə polis qüvvələri və texnika cəlb edilib.   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.