Dünya

Tunisdəki terrora görə həbs olunanlar var

29 İyun 2015 21:50
0 Şərh     Baxış: 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Tunisdə törədilən terror aktının təşkilində şübhəli bilinən şəxslərin həbs olunduğu bildirilir.

Bu barədə iyunun 29-da daxili işlər naziri Najem Gharsalli məlumat verib.

Amma o əlavə detallar barədə açıqlama verməyib.

Təkcə onu bildirib ki, istintaqın ilkin versiyasına görə, onlar qonşu Liviyadakı terror düşərgələrində təlim keçiblər.

Hələlik həbs olunanların sayı açıqlanmır.

İyunun 26-da Tunisin paytaxtında törədilən terror aktında 38 adam ölüb.

Terror aktına görə cavabdehliyi İslam Dövləti qrupu üzərinə götürüb.

Britaniya hakimiyyətinin məlumatına görə, ölənlərin azı 18-i britaniyalı turistlərdir.

Həmçinin ölənlərin arasında Almaniya, Portuqaliya, İrlandiya və Belçikadan olan turistlər var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.