Dünya

Türkiyə tankları Suriya sərhədinə yeridildi

29 İyun 2015 19:25
0 Şərh     Baxış: 1 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kobani ilə üzbəüz mövqelərdə hərəkətlilik başlayıb

Türkiyə Silahlı Qüvvələrinə məxsus tanklar və digər zirehli texnika Suriya sərhədinə yeridilib.

Milli.Az bildirir ki, anspress-in məlumatına görə, tanklar Suriyanın Kobani şəhəri ilə üzbəüz yerləşdirilib. Son bir neçə gün ərzində burada nisbi sakitlik hökm sürsə də, Türkiyə tərəfində hərəkətlilik başlayıb. Bütün sərhəd xətti boyunca təhlükəsizlik tədbirləri görülüb, qırıcı təyyarələr də qırmızı həyəcan siqnalı vəziyyətinə gətirilib.

Tankların Suriya sərhədinə yeridilməsi Türkiyə Milli Təhlükəsizlik Şurasının Bakı vaxtı ilə saat 17:00-da başlayan fövqəladə iclası ərəfəsinə təsadüf etməsi diqqət çəkib. Hakim Ədalət və İnkişaf Partiyasının sədri və baş nazir səlahiyyətlərinin icraçısı Əhməd Davudoğlu bildirib ki, Türkiyənin sərhəd təhlükəsizliyinə xələl gəlməməsi üçün hər cür ehtimala qarşı hazırlıq görülüb. 

Türkiyə mediyası Əhməd Davudoğlunun Suriyanın ölkəsi ilə sərhəd ərazilərinin PKK və İŞİD-in əlinə keçməsindən narahat olduğunu və orduya döyüş əmri verdiyini yazıb. 

Prezident Ərdoğan isə son açıqlamalarında Suriyanın Türkiyə ilə sərhəd ərazilərində yeni bir dövlətin meydana çıxmasına imkan verməyəcəklərini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.