Dünya

Rusiya səfiri: "I Avropa Oyunları yüksək səviyyədə keçdi"

29 İyun 2015 17:50
Baxış: 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

I Avropa Oyunları yüksək səviyyədə keçdi.

Bunu Trend-ə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

Onun sözlərinə görə, rusiyalı idmançıların Bakıda uğurları gözləntiləri üstələdi: "Əlbəttə, əmin idik ki, Rusiya komandası medalların sayına görə birinci olacaq. Lakin bu qədər fərqin olacağını gözləmirdik".

V.Doroxin qeyd edib ki, uğurun səbəbi Rusiyanın Oyunlara ciddi münasibətidir: "Yarışların təşkilatçısı olan Azərbaycana hörmətə görə Rusiya bura aşağı səviyyəli idmançıları göndərə bilməzdi. Təbii ki, azərbaycanlı azarkeşlərin səmimi dəstəyi də öz sözünü dedi. Onlara böyük təşəkkür düşür. Hər şey çox yüksək səviyyədə idi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.