Dünya

Günün sensasiyası: Rianna "Liverpul"u alır - FOTO

29 İyun 2015 11:54
2 Şərh     Baxış: 4 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur və populyar müğənnilərindən biri, amerikalı Rianna İngiltərənin "Liverpul" klubunu satın almağa hazırlaşır.
Milli.Az TMZ-yə istinadən bildirir ki, İspaniyanın "Real" (Madrid) klubunun fransalı ulduzu Kərim Benzema ilə eşq macərası yaşadığı deyilən Riannanı futbol klubunu satın almağa da elə Kərimin sövq etdiyi söylənir.
El Mundo Deportivo-nun məlumatına görə, "Liverpul"un səhmlərinin nəzarət paketini satın almaqla bağlı Rianna dünən məşhur futbolçu Didye Droqba ilə məsləhətləşib.
Hazırda Riannanın menecerlərinin "Liverpul"un sahibi "American Fenway Sports Group" holdinqi ilə danışıqlar apardığı iddia olunur.
Rianna "Liverpul" azarkeşidir və bunu sosial şəbəkələrdəki akkauntlarında dəfələrlə bildirib.
The Guardian-ın məlumatına görə, "Liverpul"un səhmlərinin satın alınmasına Rianna 340 milyon dollar ayırmağa hazırdır.

DÇ-2014-də də Rianna tribunalarda olmuş, Braziliya yığmasına fanatik azarkeşlik etmişdi.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.