Dünya

Yerevanda polis 30 dəqiqə vaxt verdi

29 İyun 2015 11:06
0 Şərh     Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın paytaxtında minlərlə etirazçı Baqramyan prospektində toplaşıb, polisin dağılışmaq əmrinə itaət etməyib.

Milli.Az azadliq.org-a istinadən xəbər verir ki, polis rəhbəri Vladimir Qasparyan iyunun 28-də axşam etirazçılara göstəriş verib ki, Azadlıq Meydanını tərk etsinlər. Daha öncə Qasparyan etirazçılara dağılışmaq üçün 30 dəqiqə vaxt verib. Onlara xəbərdarlıq olunub ki, əks halda "asayiş bərpa olunacaq".

Ancaq etirazçılardan çoxu bu xəbərdarlığa məhəl qoymayıb, Baqramyan prospektində oturaq aksiyanı davam etdirib. Etirazçılar arasında xeyli sayda qadınlar və uşaqlar var. Uşaqlar əllərində bayraq tutublar. Polis azyaşlıların etiraz yerindən uzaqlaşdırılmasına dair xəbərdarlıq edib.

Polis bəyanatında media işçilərindən də tələb edib ki, polisə mane olmamaq üçün ərazini tərk etsinlər. Bu arada deputatlar, şou-biznes təmsilçiləri, tanınmış ictimai xadimlər etirazçılarla polis arasında "canlı qalxan" yaradıb.

Bir həftədən çoxdur Yerevanın mərkəzində "Electric Yeravan" aksiyası davam edir. Nümayişçilər avqustun 1-dən elektrikin qiymətinin 16 faiz artmasına etiraz edirlər. İyunun 27-də prezident Serj Sarkisyan deyib ki, müstəqil audit Rusiyaya məxsus elektrik şirkətinin qiymət artımı qərarının ədalətli olub-olmamasını araşdırana qədər hökumət "qiymət artımının yükünü" üzərinə götürəcək. Etirazçılar isə hökumətin qərarının ləğvini, iyunun 23-də aksiyanın zorakılıqla dağıdılmasına görə məsuliyyət daşıyan polis əməkdaşlarının cəzalandırılmasını tələb edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.