Dünya

Yunanlar dibə vurdu. Banklar bağlandı - FOTO

29 İyun 2015 11:39
1 Şərh     Baxış: 1 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstandakı ağır maliyyə-iqtisadi böhran pik həddə çatıb. Bu gün səhər saatlarından etibarən ölkədəki bankların hamısı bağlanıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, banklar həftəsonunadək işləməyəcək. Bu "fasilə"nin daha uzun müddət davam edəcəyi də istisna olunmur.

Səhər saatlarından etibarən bankomatlar da faktiki olaraq işləmir. Yunanıstan vətəndaşları bankomatlardan sutkada maksimum 60 avro çıxara bilərlər.

Məhdudiyyət turistlərə şamil olunmayıb.

Rəsmi Afinanın belə sərt addım atmasının səbəbi vətəndaşların bank hesablarındakı pullarını kütləvi şəkildə çıxarmalarının, panikanın qarşısını almaqdır. 

Yunanıstan rəhbərliyi  ölkənin xarici borclarının ödənməsi ilə bağlı kreditorların şərtlərini qəbul etməyib. Bu səbəbdən də Avropa Birliyi Yunanıstanın bank sisteminin maliyyələşdirilməsi proqramının vaxtını uzatmaqdan imtina edib.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.