Dünya

Rayon sakinlərinin orucu batil oldu

29 İyun 2015 09:40
3 Şərh     Baxış: 4 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Şanlıurfa vilayəti Siverek rayonu sakinlərinin orucu batil olub. Anspress-in yerli mətbuata istinadən verdiyi məlumata görə, rayon ərazisindəki məscidlərdən birində şam azanı 19.57 yerinə 19.52-də oxunub. İlk azanın verilməsi ilə orucunu açan sakinlər ikinci azan səsi ilə şoka düşüblər. Rayon sakinləri müftiliyə zəng vuraraq baş verənlər barədə məlumat almağa çalışıblar. Müftilik əçəkdaşları tez açılan orucların pozulduğunu, 1 gün qəza edilməli olduğunu deyərək sakinlərdən üzr istəyib. 

"Təəssüflə bildiririk ki, tamamilə mexaniki olaraq baş vermiş bu səhvə əməkdaşımız yol verib. Diqqətsizlik edərək azanı tez oxuyan əməkdaşımız barədə araşdırma başladılacaq. Orucunu pozan vətəndaşlarımız isə ramazan ayından sonra 1 gün qəza orucu tutmalıdırlar. Baş verənlərə görə bütün vətəndaşlarımızdan üzr istəyirik". 

Qeyd edək ki, Siverek rayonunun 240 minə yaxın sakini var. Erkən azanın hansı məsciddə verilməsi və nə qədər sakinə təsir etməsi barədə isə məlumat verilməyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.