Dünya

Türkiyəni ağladan 24 yaşlı azərbaycanlı - FOTO

27 İyun 2015 15:29
31 Şərh     Baxış: 13 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İstanbul şəhərində məşhur Haliç körpüsündən özünü ataraq öldürmüş azərbaycanlı Nicat Kərimlinin son məktubu oxucular tərəfindən hüznlə qarşılanıb. 

Anspress-in məlumatına görə, iyunun ortalarında həyatına son qoyan 24 yaşlı azərbaycanlı sahildə qalmış ayaqqabısının içinə sevgilisi üçün məktub qoyubmuş. Türkiyə polisinin verdiyi məlumata görə, İstanbula turist kimi getmiş azərbaycanlının ayaqqabısının içindən həm də sevgilisinin şəkli çıxıb. 

İstanbula turist kimi getmiş azərbaycanlı vida məktubuna "Canım sevgilim" sözləri ilə başlayıb. Nicat Kərimli sevgilisinə: "Bu dünyada qovuşa bilmədik, inşallah o biri tərəfdə görüşərik", - yazıb. 

Türkiyə dəniz polisi meyidi ekspertiza üçün götürülən Nicat Kərimlinin işi üzrə istintaqa başlayıb. 

10 sentyabr 1974-cü il tarixdə istifadəyə verilmiş Haliç körpüsünün dəniz səthindən hündürlüyü 22 metrdir. Bu, intihar etməyi qərara alanları cəzb edir. 

Səhər saatlarında özünü suya atmış Nicat Kərimlinin boğulmuş cəsədini dalğalar sahilə vurub. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.