Dünya

Yerevanda işıqpulu "Maydan"ının sonu necə olacaq? - TƏHLİL

24 İyun 2015 10:00
5 Şərh     Baxış: 1 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda il ərzində 7 milyard kilovatt saat elektrik enerjisi istifadə edilir. Hökumətin elektrik tariflərini qaldırmasından sonra 1 kilovatt saat enerjinin qiyməti 15 dollar olub. Bir sözlə, əhalinin üzərinə qoyulan vergi 100 milyonlarla ölçülür.

Milli.Az xəbər verir ki, bu sözləri azərbaycanlı millət vəkili və politoloq Rasim Musabəyov deyib.

"Bu rəqəmlərdən ötrü Ermənistan əhalisi qiyam etməyə də hazırdır", - deyə o əlavə edib.

Onun sözlərinə görə, Ermənistanda heç kimin ağlına da gəlmir ki, Azərbaycanın torpaqlarını işğal altında saxlamağı dayandırmaq, qoşunları işğal ərazilərindən geri çəkmək və Qarabağ münaqişəsini nizama salmaq Ermənistan üçün ildə ən azı 200-300 milyon dollar qənaət olardı və həmin vəsaitlər sosial problemlərin həllinə yönələ bilərdi.

"Azərbaycanla və Türkiyə ilə iqtisadi əlaqələrin bərpa olunması Ermənistan iqtisadiyyatı üçün elə o qədər də fayda verə bilər. Maraqlıdır, görəsən, Ermənistanda ayıq düşünən başlar tapılacaqmı ki, əhali qarşısına belə hesablarla çıxsın?" - Musabəyov sual edib.

Millət vəkili deyib ki, hələ də Ermənistanda populist çıxışlar edilir və əhalini inandırmağa çalışırlar ki, bu ölkənin elektrik şəbəkəsini idarə edən Rusiya şirkətləri ziyanla işləyir.

"Qəribə məntiqdir, ancaq Ermənistan mifoloqlarının irrasional ruhuna tam uyğundur", - o vurğulayıb.

Teymur Hacıyev
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.