Dünya

İtaliyalı terrorçuluqda ittiham olunur

30 May 2015 22:36
0 Şərh     Baxış: 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçən il Çexiya hökuməti baş nazirinin müavini Andrey Babişə zəhərli məktub göndərməkdə şübhəli bilinən italiyalı terrorçuluqda ittiham olunub. Əslən Sloveniyadan olan 24 yaşlı İvan Tsernitsanı Sloveniya polisi keçən ilin sonunda Nova Qoritsa şəhəri yaxınlığındakı Qrqar kəndində həbs edib.

Sloveniyanın "Primorse novitse" adlı nəşri yazır ki, İ.Tsernitsa bu həftə üç maddə - terrorçuluq, narkotik vasitələrin qanunsuz istehsalı, daşınması və satışı, rəsmi sənədlərin saxtalaşdırılması maddələri üzrə ittiham olunub. Cinayətin motivləri hələlik məlum deyil. Müttəhim dekabr ayından istintaq təcridxanasında saxlanılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.