Dünya

Yarım milyonluq dələduzluq

29 May 2015 09:21
0 Şərh     Baxış: 1 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Senatı aparatının ticarət, elm və nəqliyyat komitəsinin 65 yaşlı sabiq əməkdaşı Robert Li Fosterə qarşı 500 min dollar məbləğində dələduzluq ittihamı irəli sürülüb.

APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında bildirilir.  

Məlumata görə, Foster 2008-ci ildən 2015-ci ilin mayınadək cinayət yolu ilə külli məbləğdə pul vəsaitləri və mülkiyyət mənimsəyib. Onun əməllərindən azı üç qadın zərər çəkib.  

Robert Li Fosterin qurbanları qarşısında etimad qazanmaq məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi qeyd olunur. Aldatma yolu ilə o bu şəxsləri pullarını onun adına köçürməyə çağırıb.

Cinayət işi üzrə istintaq Federal Təhqiqatlar Bürosu tərəfindən aparılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.