Dünya

Polis yüzlərlər vətəndaşı zəncirlədi

28 May 2015 16:55
0 Şərh     Baxış: 1 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxt Bağdada üz tutan minlərlə adamın terrorçu olduğu zənn edilib

İraqda Ramadinin İŞİD terror təşkilatı tərəfindən ələ keçirilməsindən sonra 55 min adam şəhərdən qaçaraq yollara düşüb.

Anspress-in məlumatına görə, paytaxt Bağdada üz tutan minlərlə adam terrorçu olduqları zənn edilərək şəhərə buraxılmayıb. Bağdadı nəzarətində saxlayan polislər şübhələndikləri yüzlərlə adamı zəncirləyiblər. Polis onları səhrada saxlayaraq cəzalandırıb.

Saxlanılan insanların mülki geyimli terrorçular olduğunu iddia edən polis sonradan səhv etdiyini anlayıb. Livanın "Al Mayadeen" televiziyası zəncirlənən insanların görüntüsünü yayımlayıb.

Məlumat verilib ki, Bağdada girmək istəyən İraq vətəndaşlarından bəziləri şəhərə buraxılıb. Ancaq insanların bir qismi İŞİD təhlükəsi altındakı bölgəyə məcburi olaraq geri göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.