Dünya

Rusiya ordusunun verdiyi itkilər gizlədiləcək

28 May 2015 16:20
1 Şərh     Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putin dinc dövrdə keçirilən xüsusi əməliyyatlar zamanı Müdafiə Nazirliyinin hərbçiləri arasında qeydə alınan itkilər barədə məlumatları dövlət sirri elan edən fərman imzalayıb.

Virtualaz.org saytı xəbər verir ki, bu fərman Kremlin rəsmi saytında dərc olunub. Fərmanın imzalanması Rusiya hərbçilərinin Ukraynada gedən döyüş əməliyyatlarında iştirakı və həlak olan hərbçilərlə bağlı faktların ictimaiyyətdən gizlədilməsinin getdikcə çətinləşdiyi bir vaxtda verilir.

Rusiya insan haqları müdafiəçiləri Ukraynadakı döyüşlərdə həlak olan hərbçilərlə bağlı faktları toplayır və Müdafiə Nazirliyindən izahat tələb edir.
Həmçinin Putinin digər fərmanı ilə xüsusi xidmət və hüquq-mühafizə orqanları tərəfindən məxfi əsaslarla əməkdaşlığa cəlb edilməsi üçün öyrənilən şəxslərin barəsində məlumatlar da məxfi elan edilib.
Əvvəllər ancaq məxfi əməkdaşlığa cəlb edilmiş şəxslər barədə məlumat dövlət sirri idi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.