Dünya

Nazir futbolda siyasət axtarır: "Təxirə salın!"

28 May 2015 12:54
0 Şərh     Baxış: 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"FİFA prezidenti vəzifəsinə seçkiləri təşkilatdakı korrupsiya qalmaqalına görə təxirə salmaq lazımdır".

Trend-in "France İnter" radiostansiyasına istinadən verdiyi məlumata görə, bunu Fransanın xarici işlər naziri Loran Fabius deyib.

Onun sözlərinə əsasən, vəziyyəti öyrənmək üçün vaxt lazımdır və seçkilərin təxirə salınması məntiqli olardı: "Bu mənim şəxsi fikrimdir".

Qeyd edək ki, dünən FİFA-nın 9 məmuruna və hazırda təşkilatda işləməyən daha 5 nəfərə rəsmi olaraq korrupsiya ittihamı irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.