Dünya

Tanınmış türk müğənninin qızını maşın vurdu

28 May 2015 13:15
0 Şərh     Baxış: 1 240
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Ankaralı Turqut kimi tanınan müğənnisi Turqut Karataşın qızını maşın vurub.

Anspress-in yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə paytaxt Ankaranın Çubuk rayonunda baş verib.

Bildirilir ki, 33 yaşlı Volkan Yıldırım idarə etdiyi avtomobillə Ankara bulvarının qarşısında yolu keçməyə çalışan 18 yaşlı Həsrət Karataşı vurub.

Zərərçəkmiş zərbənin təsiri ilə havaya qalxaraq yerə çırpılıb.

Dərhal Çubuk dövlət xəstəxanasına çatdırılan Karataş ilk müdaxilədən sonra "Dışkapı Yıldırım Bəyazid" təlim və araşdırma xəstəxanasına göndərilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.