Dünya

Taner Yıldız TANAP-ın tikintisindən danışdı

28 May 2015 12:13
Baxış: 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

TANAP-ın tikintisi sürətli templə aparılır.

Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız NTV telekanalına deyib.

Onun sözlərinə əsasən, TANAP-ın tikintisi qrafiki 3 ay qabaqlayır.

Qeyd edək ki, Transanadolu boru kəməri (TANAP) layihəsi Azərbaycanın "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.

TANAP boru kəmərinin ilkin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetr (31 milyard kubmetrədək artırma imkanı ilə) təşkil edəcək. Təqribən 6 milyard kubmetr Türkiyəyə, qalanı isə Avropaya tədarük olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.