Dünya

Kraliçaya maskalı etiraz: dəyənəklər işə düşdü

28 May 2015 11:13
0 Şərh     Baxış: 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

London polisi kütləvi etiraz aksiyasından sonra üç nəfəri saxlayıb. Milli.Az KP.ru-ya istinadən bildirir ki, saxlanılanlardan biri 17 yaşlı yeniyetmədir. Qalan ikisi isə orta yaşlı kişilərdir.

Yeniyetməyə qarşı hələ ki, heç bir ittiham irəli sürülməyib. Hazırda onun və başqalarının taleyi barədə qərar verilir.

Xatırladaq ki, Londonda kütləvi etiraz aksiyaları mayın 27-də kraliça II Yelizavetanın çıxışından sonra başlayıb. Yelizaveta bildirmişdi ki, büdcə çatışmazlığını aradan qaldırmaq üçün hökumət sərt iqtisadi tədbirlərə əl atacaq. İlk növbədə sosial müavinətlər azalacaq.

Trafalqar meydanına iki minə yaxın adam toplaşmışdı. Bütün iştirakçıların üzləri maskalar və şərflərlə bağlanmışdı. İnsanlar kraliçanın çıxışına etiraz edərkən polis dəyənəkləri işə salıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.