Dünya

AZAL-dan zədələnmiş Berlin-Bakı təyyarəsi ilə bağlı AÇIQLAMA

27 May 2015 17:18
0 Şərh     Baxış: 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Berlin aeroportunda mayın 27-də yerli vaxtla saat 09:30-da hava limanının yerüstü xidmətləri tərəfindən xidməti texnikanın yerinin dəyişdirilməsi zamanı Berlin-Bakı marşrutu üzrə AHY-064 reysini həyata keçirən "A-319" təyyarəsinin qanadının ucu zədələnib.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yoları" QSC-nin (AZAL) yaydığı məlumatda deyilir.

Məlumata əsasən, bu reysin sərnişinləri Berlindən Bakıya İstanbul vasitəsilə yola salınır.

Zədələnmənin səbəbi AZAL-ın ekipajı cəlb edilməklə Berlin aeroportununun yerüstü xidmətləri tərəfindən araşdırılır. Təyyarənin bərpası və geri qaytarılması üzrə tədbirlər görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.