Dünya

"Ərzurumda TANAP qaz xəttinin təməlinin qoyulmasına hər şey hazırdır"

27 May 2015 11:14
Baxış: 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Ərzurum vilayətində Transanadolu qaz xəttinin (TANAP) təməlinin qoyulması üçün tikinti meydançaları hazırdır.

Bu barədə Trend-ə Ərzurum vilayətinin qubernatoru Ahmet Altıbarmak məlumat verib.

Onun sözlərinə görə, hazırda əyalətdə qaz xəttinin təməlinin qoyulması ilə bağlı işlərdə təqribən min işçi iştirak edir və son dərəcə əhəmiyyətli enerji layihəsi olan TANAP əyalətin inkişafına, həmçinin yeni iş yerlərinin açılmasına imkan yaradır: "Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətinin əyani nümunəsi olan TANAP Xəzər regionundan Avropa bazarlarını təhlükəsiz qaz tədarükü ilə təmin edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.