Dünya

Anomal istilərdə ölənlərin sayı 1200-ə çatdı

27 May 2015 11:06
0 Şərh     Baxış: 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın cənubi "Andxra-Pradeş" və "Telenqana" ştatlarında isti havanın qurbanlarının sayı 1200 nəfərə çatıb.

Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.

Meteoroloqların sözlərinə görə, havanın temperaturu yaxın günlərdə 50 dərəcəyə kimi yüksələ bilər və hələ 2-3 gündən sonra havanın temperaturunun bir az düşəcəyi gözlənilir.

Həkimlər insanlara yaxın günlərdə küçəyə çıxmamağı, çoxlu maye qəbul etməyi məsləhət görür və təhlükəsizlik qaydalarına riayət etməyə çağırırlar. Bundan başqa, yerli hökumət mobil məntəqələrin açılması barədə elan edib. Bu məntəqələrdə arzu edənlər içməli su və süd ilə təmin olunacaqlar.

Turistlərə yaxın günlərdə Hindistana səfərlərini təxirə salmaq məsləhət görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.