Dünya

14 yaşlı qız zorlanmaq istəmədi, yandırıldı - FOTO

27 May 2015 10:28
80 Şərh     Baxış: 14 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Onları heyvana, dilsiz-ağızsız məxluqlara döndəriblər. İstədikləri kimi rəftar edir, əzab verir, işgəncələrə məruz qoyurlar. Terrorçular bu qadınları qul sayırlar".

BMT-nin Hesabatında "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının İraq ilə Suriyada girov götürdükləri qadınlarla bağlı hazırladıqları hesabatda belə deyilir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hesabata görə, İŞİD İraqın şimalındakı Sincar bölgəsini ələ keçirəndən sonra girov götürdüyü minlərlə yezid qadını seksual istismara məruz qoyub.

Zorlananlar, satılanlar, kölə edilənlər arasında yetkinlik yaşına çatmamış qızlar əksəriyyət təşkil edir.

14 yaşlı qız İŞİD terrorçularından birinin hərəmxanasına getmək istəmədiyi üçün diri-diri yandırılıb.

BMT-nin xüsusi eksperti Zeynəb Banquranın dediyinə görə, hazırda ən azı 200 yezid qadın və qız İŞİD-in seksual köləliyindədir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.