Dünya

Azərbaycanlı təyyarədə damarını kəsdi: "Belə yaşamaq istəmirəm!"

26 May 2015 14:10
10 Şərh     Baxış: 3 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Moskva-Sankt-Peterburq" reysi ilə uçan təyyarədə intihara cəhd olub.

APA-nın "fontanka.ru" saytına istinadən verdiyi məlumata görə, hadisə mayın 25-i saat 23 radələrində baş verib.

Təyyarə "Pulkovo" hava limanına eniş etməzdən qabaq 62 yaşlı azərbaycanlı kişi tualetə girərək qapını kilidləyib. "Daha belə yaşamaq istəmirəm" deyə qışqıran azərbaycanlı qol damarlarını kəsib. Bunu görən stüardessa fövqəladə vəziyyət əməkdaşlarını çağırıb. Həmin şəxs xilas edilib və xəstəxanaya çatdırılıb. Faktı nəqliyyat polisinin mətbuat xidməti təsdiqləyib. İntihar etmək istəyən şəxsin kimliyi açıqlanmır.

Sank-Peterburq hüquq-mühafizə orqanları təyyarədə intihara cəhd faktı ilə bağlı araşdırma aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.