Dünya

Lukaşenkonun ailəsində faciə

26 May 2015 12:45
Baxış: 1 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarus prezidentinin Pakistana səfəri təxirə salınıb.

Belarus prezidenti Aleksandr Lukaşenkonun Pakistana rəsmi səfəri iki gün sonraya keçirilib. Buna səbəb prezidentin anasının dünyasını dəyişməsi olub. Trend-in "Belta"ya istinadən verdiyi məlumata əsasən, bunu dövlət başçısının mətbuat katibi Natalya Eysmont deyib.

Mətbuat katibi bildirib ki, rəsmi səfər mayın 28-29-na təyin edilib: "Səfərin təxirə salınmasına səbəb A.Lukaşenkonun anasının dünyasını dəyişməsi olub. Səfərə gəldikdə isə onun formatı dəyişməz olaraq qalır. Belarus prezidentinin Pakistanda əhəmiyyətli görüşləri planlaşdırılır. Bu görüşlər arasında prezident və baş nazirlə görüş də olacaq. Artıq bir neçə gündür ki, Pakistanda Belarusun böyük nümayəndə heyəti çalışır. Böyük müəssisə və holdinq, dövlət və özəl şirkət rəhbərləri pakistanlı həmkarları ilə səmərəli şəkildə işləyirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.