Dünya

5 min insan yanğından qaçdı

26 May 2015 12:05
0 Şərh     Baxış: 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadanın şimal əyaləti Albertada baş verən meşə yanğınları ilə əlaqədar təxminən 5 min nəfər təxliyyə edilib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə yerli "CBS" telekanalı xəbər verib.

Vabask kəndinin və yaxınlıqdakı yaşayış məntəqələrinin 2 minə yaxın əhalisi Kold-Leyk və Atabaskaya təxliyyə edilib. "Cenovus Energy" və "Canadian Natural Resources Ltd." şirkətləri 2 minə yaxın əməkdaşını Kold-Leyk şəhəri yaxınlığındakı neft zavodlarından təxliyyə etmək məcburiyyətində qalıb.

Yanğına səbəb quru isti havadır.

"CTV" telekanalı xəbər verir ki, fövqəladə hallar üzrə bələdiyyə idarəsinin direktoru Sindi Teronun sözlərinə görə, Edmenton şəhərindən şimala doğru 330 kilometr uzaqlıqda yerləşən rayonda fövqəladə hal elan edilib.

Yanğınlarla bağlı məlumat xidmətinin əməkdaşı Ceffri Driskollun verdiyi məlumata əsasən, yanğının söndürülməsinə təqribən 1,3 min yanğınsöndürən və yüzlərlə texnika cəlb olunub. Ontario və Kvebek də yardım üçün əlavə qüvvə göndərib.

Hökumət Albertada tonqalların qalanmasını qadağan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.