Dünya

Ukraynada müharibə yenidən başlayır

25 May 2015 22:14
0 Şərh     Baxış: 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rostov vilayətində Ukrayna sərhəddinin yaxınlığında Rusiyaya məxsus hərbi karvan, xüsusilə də "Uraqan" raket sistemi müşahidə olunub. 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu haqda Reuters agentliyi xəbər verib.

Məlumata görə nömrəsiz hərbi maşınlardan ibarət karvan mayın 24-də Matveev Kurqan şəhərinə, ordan isə Ukrayna sərhəddinə doğru hərəkət edib.

Rusiyapərəst separatçılar bazar günü Donetsk vilayətindəki Şirokino kəndi istiqamətində Ukrayna ordusunun mövqelərini atəşə tutublar.

Bir neçə saat davam edən döyüşdə 1 Ukrayna əsgəri həlak olub, 2-si isə yaqralanıb.

Ukrayna ordusunun məlumatına görə separatçılar sutka ərzində atəşkəs rejimini 16 dəfə pozublar.

Öz növbəsində separatçılar mövqelərinin 43 dəfə atəşə tutulduğunu deyirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.