Dünya

Kiçik çavuş 7 əsgər yoldaşını güllələdi

25 May 2015 20:47
0 Şərh     Baxış: 5 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10 əsgərin yaralandığı və onlardan birinin ağır vəziyyətdə olduğu bildirilir

Tunisdə kiçik çavuş 7 əsgər yoldaşını qətlə yetirib və sonra özünü öldürüb.

Anspress-in məlumatına görə, bu haqda Tunisin Müdafiə Nazirliyi xəbər yayıb.

Nazirliyin sözçüsü Belhassen Oueslati mətbuat konfransında insidentin mayın 25-də baş verdiyini və çavuşun psixoloji problemi olduğunu bildirib.

Bundan başqa 10 əsgərin yaralandığı və onlardan birinin ağır vəziyyətdə olduğu bildirilir.

İnsidentin səbəbi hələlik bəlli deyil.

Həmin kazarma martın 18-də terror aktı törədilmiş Bardo milli muzeyinin yaxınlığında yerləşir.

Həmin terror aktında 22 nəfər ölmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.