Dünya

Pakistan prezidentinin oğluna sui-qəsd zamanı 3 nəfər ölüb, 15 nəfər yaralanıb

25 May 2015 11:53
0 Şərh     Baxış: 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanda partlayış zamanı ən azı 3 nəfər ölüb, daha 15 nəfər yaralanıb. Güman edilir ki, partlayışın məqsədi Pakistan prezidentinin oğluna sui-qəsd olub.

Trend-in RIA-Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə DAWN qəzeti xəbər verib.

Yaralananlar arasında 5 nəfər polis var, onlardan birinin vəziyyəti ağırdır. Bundan başqa, yaxınlıqdan keçən insanlar da xəsarət alıblar.

Partlayış Sind və Belucistan vilayətlərini birləşdirən avtomagistralda, otel yaxınlığında baş verib. Polisin məlumatına əsasən, motosiklə bərkidilən partlayıcı qurğu məsafədən işə salınıb.

Hücum Pakistan prezidentinin oğlu Süleyman Məmnunun korteji otelin yanından keçərkən baş verib. Lakin o xəsarət almayıb.

Güman edilir ki, Süleyman Məmnun bağ evindən Karaçiyə qayıdırmış.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.