Dünya

65 yaşlı qadın dörd əkiz uşaq doğdu

23 May 2015 20:17
0 Şərh     Baxış: 2 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada 65 yaşlı Berlin sakini Anneqret Rauniq qeysəriyyə əməliyyatı ilə dörd əkiz uşaq - üç oğlan və bir qız dünyaya gətirib.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, əməliyyatdan sonra çəkiləri 650 qramdan 960 qramadək olan uşaqlar inkubatora yerləşdirilib. Qəhrəman ananın vəziyyəti barədə məlumat verilmir.

Anneqret Rauniq buna qədər 13 uşaq dünyaya gətirmişdi. Onun hətta 7 nəvəsi də var. Yaşlı qadın hamilə olduğunu aprel ayının ortalarında bilib. Dörd uşağının olacağı barədə xəbər ona əsl şok yaşadıb. Bir neçə il əvvəl Rauniq süni mayalanma ilə hamilə qalmağa cəhd etsə də, buna müvəffəq olmamışdı.

Berlində ingilis və rus dillərindən dərs deyən qadın 13-cü uşağını 55 yaşında dünyaya gətirərək məşhurlaşmışdı.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.