Dünya

Şok: İŞİD vəhşilikdə özünü də keçdi - VİDEO - FOTO +18

22 May 2015 10:12
2 Şərh     Baxış: 3 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı dünən daha bir edam videosu yayıb. Yeni video dəhşətli edam videolarını sosial şəbəkələrdə paylaşması ilə tanınan terror təşkilatının "qara rekord"u sayıla bilər.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, İŞİD-in Suriyadakı dəstələrindən biri prezident Bəşər Əsədə sadiq qoşunlara casusluq etməkdə suçladıqları insanı həyətlərdən birində dirəyə bağlayıb.
Daha sonra bu binəvaya qumbaraatandan atəş açılıb.
Dirəyə bağlanmış insan qumbara atəşi nəticəsində tikə-tikə olub.
Edam olunmuş şəxsin "Əl Şəitə" tayfasının mənsubu İbrahim Harideh olduğu deyilir. Dəhşətli olay isə Suriyanın Deyr əz Zor vilayətindəki Əbu Həmmam şəhərində gerçəkləşdirilib.
Onu partladanlarsa İŞİD-in Mərakeş və Tunisdən olan mənsublarıdır.
80 min nəfərlik "Əl Şəitə" tayfası İŞİD-ə qarşı qətiyyətlə vuruşur.

Milli.Az

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.