Dünya

Rusiya "Böyüklər"in yanına qayıda bilməz

21 May 2015 21:39
0 Şərh     Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Merkel deyib ki, Rusiya hələlik böyük 7-lərin G7 qrupuna qayıda bilməz.

Almaniya kansleri deyib ki, Avropa İttifaqı liderləri ilə 6 keçmiş sovet respublikasının Riqada keçirilən birgə zirvə toplantısı İttifaqın "ekspansionist siyasəti üçün alət deyildir".
Angela Merkel deyib ki, Şərq Tərəfdaşlığı heç kimə, o cümlədən Rusiyaya qarşı yönəlmiş partnyorluq deyildir.
Bununla belə, xanım Merkelin fikrincə Rusiya hələlik böyük 7-lərin G7 qrupuna qayıda bilməz.
"Rusiya ümumi təməl dəyərlərə əməl etməyincə, bizim üçün onun G8 formatına qayıtması təsəvvür edilməzdir" - deyib Almaniya kansleri. G7 qrupu gələn ay cənubi Almaniyanın Elmau şəhərində görüş keçirməlidir.
Milli.Az BBC-yə istinadən bildirir ki, Rusiya hazırda keçmiş sovet respublikalarını Avrasiya İttifaqına çəkmək üçün onlara təzyiq göstərir.
Buna görə də bu ölkələrin Avropa İttifaqı ilə yaxınlaşması Rusiyanı acıqlandırır.
Ukrayna böhranı məhz 2013-cü ilin noyabrında Şərq Tərəfdaşlığının Litva sammitindən sonra başlanıb.
O vaxt Ukraynanın prezidenti olan Viktor Yanukoviç Avropa İttifaqı ilə razılaşdırılmış Assosiasiya Sazişini imzalamaqdan imtina etmişdi.
Bunun nəticəsində Kiyevdə ona qarşı geniş etiraz aksiyaları keçirilmiş və Yanukoviç ölkədən qaçmağa məcbur olmuşdu.
Ukraynanın yeni Qərb meylli hökuməti Assosiasiya Sazişini imzalasa da, onun azad ticarətə dair mühüm bəndinin icrası yanvar ayınadək təxirə salınıb.
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.