Dünya

Pakistanda Azərbaycanın ümummilli lideri Heydər Əliyev anıldı

11 May 2015 11:17
Baxış: 1 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
07.05.2015-ci il tarixində Azərbaycan - Pakistan Forumunun Prezidenti, Azərbaycan Diplomatik Akademiyasının məzunu Naman Zəfər Çoudri Lahor şəhərinin Pəncab Universitetində "Heydər Əliyev və Pakistan-Azərbaycan münasibətləri" mövzusunda açıq mühazirə ilə çıxış etmişdir. Mühazirədə Heydər Əliyevin müasir Azərbaycanın qurulmasında əvəzsiz rolu, ulu öndərin siyasi karyerası, Azərbaycan-Pakistan münasibətlərinə verdiyi töhfələr, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan fondun Pakistanda fəaliyyəti barəsində geniş məlumatlar verilmişdir.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, Pakistanın nüfuzlu "National Herald Tribune" qəzetində "Həyatını xalqına həsr etmiş lider" adlı məqalə dərc edilmişdir.

"Şübhəsiz ki, Azərbaycanın müasir tarixi həyatını xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır" sözləri ilə başlayan məqalədə Heydər Əliyev adının müasir Azərbaycanın yaradılması, iqtisadi dirçəlişi, siyasi imicinin formalaşması, mədəni intibahı ilə sıx bağlı olduğu vurğulanmışdır.

Yazıda Azərbaycanın ümummilli liderinin həyatı, siyasi karyerası haqqında ətraflı məlumatlar verilmişdir. Bidirilmişdir ki, xalqın israrlı tələbi ilə 15.06.1993 tarixində Bakıya gələn Heydər Əliyev vətəndaş müharibəsi xofu ilə yaşayan, iqtisadiyyatı dağılmış vəziyyətdə olan, ərazisinin böyük bir hissəsi işğal altında olan Azərbaycana rəhbərlik etmişdir. Yazıda Heydər Əliyevin ən böyük nailiyyətlərdən birinin onun neft strategiyası olduğu, bu siyasətin Azərbaycanın təkcə iqtisadi tərəqqisi deyil, eyni zamanda dövlət müstəqilliyin güclənməsində böyük rol oynadığı vurğulanmışdır.

Pakistan mətbuatında dərc edilmiş məqalədə Azərbaycanın geostrateji ərazidə yerləşməsi üstünlüklərini nəzərə alan, uzaqgörən lider Heydər Əliyevin ölkəmizin regional və qlobal nəqliyyat yollarının ölkəmizin üzərindən keçməsini təmin etdiyi bildirilmişdir.

Məqalədə Heydər Əliyevin ölkə maraqlarına arxalanan balanslaşdırılmış siyasət apardığı, Azərbaycanın Qərb və Şərqin siyasi strukturlarına inteqrasiya olunduğu qeyd olunmuşdur.

"National Herald Tribune" qəzetində dərc edilmiş yazıda, Heydər Əliyevin Pakistan-Azərbaycan münasibətlərinin memarı olduğu, onun 1996-cu ildə Pakistana tarixi rəsmi səfəri və səfər zamanı imzalanan sənədlər toplusunun ölkələr arası münasibətlərin hüquqi normativ bazasını təşkil etdiyi bildirilmişdir.

Ümummilli lideri Heydər Əliyevin doğum günü ilə əlaqədar silsilə tədbirlərin davamı olaraq 9 may tarixində, özündə Pakistanın tanınmış siyasətçiləri, media mənsublarını birləşdirən Azərbaycan-Pakistan Media Forumunun (APMF) toplantısı keçirilmişdir.

Tədbirdə çıxış edən APMF-nun prezidenti Cavid Əli Batti, tədbirdə ali qonaq qismində iştirak edən Pakistanın sabıq xarici işlər katibi, senator Əkrəm Zəki, sabiq federal nazir Qulam Hüseyn, iqtisadi monitorinq GHT-nın sədri Murtaza Muqal, professor Sacid Xaxvani, Kaşmir Tahrik-e-Xavatin təşkilatının sədri Şəmim Şal, APMF-nun sədr müavini Şumayla Caved Batti Azərbaycanın ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən danışmışlar. Natiqlər xüsusi qeyd etmişlər ki, Heydər Əliyev Azərbaycan-Pakistan münasibətlərinin qurucusu olmuşdur. Heydər Əliyevin 1995-ci ildə Pakistanın prezidenti F.Ə Xan Leqari ilə Bakıda və 1996-ci ildə Pakistana tarixi səfəri zamanı Pakistan xalqının böyük qızı Benazir Bhutto ilə görüşləri xalqlarımız arasında münasibətlərə təkan vermişdir. Həmin görüşlər zamanı imzalanmış mühüm dövlətlər arası sazışlər hal-hazırda əlaqələrimizin hüquqi-normativ bazasını təşkil edir. Çıxışlarda ulu öndər Heydər Əliyev və Pakistanın qurucusu Kayde Azam Məhəmməd Əli Cinnah arasında paralel oxşarlıqlar qeyd olunaraq, onların fəaliyyətləri, xalqları və dövlətlərinə xidmətlərindən danışılmışdır.

Toplantı barədə məlumat Pakistanın "Statestimes" qəzetində dərc edilmişdir.

Ümummilli lider Heydər Əliyev anadan olduğu gündə Azərbaycanın səfiri və səfirliyin əməkdaşları ümummilli lider Heydər Əliyevin səfirlikdə büstünün önünə gül dəstələri qoyduqdan sonra 1996-ci ildə Heydər Əliyev tərəfindən Azərbaycan-Pakistan dostluğunu tərənnüm edən ağacın əkildiyi İslamabad şəhərinin Şəkkər Paryan parkına səfər etmişlər.

Ulu öndərin doğum gününün 92-ci il dönümü münasibəti ilə keçirilmiş tədbirlərin sonu olaraq səfir D.Şikarov və səfirliyin əməkdaşlarının iştirakı ilə İslamabad şəhərində yerləşən ziyarətgahların birində ehsanlar paylanılmışdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.