Dünya

Mühacir faciəsi: onlarla insan batdı

5 May 2015 21:47
0 Şərh     Baxış: 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sicilyanın cənubunda qayığın matması nəticəsində onlarla miqrant Aralıq dənizində boğulub, Save the Children yardım qrupundan bildiriblər.

Bildirilir ki, xilas olanların dediyinə görə, bir çox insan xilasetmə gəmisinin yaxınlaşdığı ərəfədə batıb.
 

Milli.Az BBC-yə istinadən bildirir ki, xilas olanlar çərşənbə axşamı Kataniya şəhərinə gəliblər.

Bu il Aralıq dənizini keçmək istəyən ən azı 1750 insan ölüb. Bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 20 dəfə çoxdur.
 

Save the Children təşkilatının Kataniyadakı nümayəndəsi Giovanna di Benedetto bildirib ki, sonuncu batmanın bazar günü baş verdiyi güman edilir, lakin dəqiq ölüm sayı məlum deyil.
 

"Onlar bildirib ki, 137 insanın olduğu şişirdilmiş qayıq boşalıb, ya partlayıb - aydın deyil - və onlardan bəziləri kənara düşüb," xanım di Benedetto AFP xəbər agentliyinə bildirib.

"Bəziləri deyir ki, "lap çox" insan ölüb, digərləri isə təxminən 40 nəfərin öldüyünü deyir," o əlavə edib.
 

Həftə sonu ərzində 5800 nəfərdən çox miqrant xilas edilib və 10 cəsəd Liviya sahillərinə çıxarılıb, İtaliya sahil mühafizəsindən bildiriblər.

İtaliya və Fransa gəmiləri həyata keçirilən 17 fərqli əməliyyat nəticəsində sağ qalanları taxta və rezin qayıqlardan götürüblər.
 

26 Avropa ölkəsindən olan dəniz komandirlərinin İtaliyanın cənubundakı Neapol şəhərində görüşərək miqrant böhranını müzakirə edəcəyi gözlənilir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.