Dünya

Azərbaycanlılara atəş açan şəxs haqqında həbs-qətimkan tədbiri seçildi

5 May 2015 15:40
0 Şərh     Baxış: 1 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ukraynanın Odessa şəhərində 3 azərbaycanlıya atəş açan 21 yaşlı bolqar tələbə haqqında həbs-qətimkan tədbiri seçilib.

APA-nın "korrespondent.net" saytına istinadən yaydığı xəbərə görə, bu barədə Odessanın Kiyev rayon Məhkəməsi qərar qəbul edib.

Mayın 1-də şəhərdə keçirilən bayram tədbirində gənclər arasında mübahisə baş verib. Tərəflər münasibətləri aydınlaşdırmaq üçün axşam görüşmək qərarına gəliblər. Onlar yerli vaxtla axşam saat 23:00-da Odessa Ekoloji Universitetinin yataqxanasının qarşısında görüşüblər və atışma başlayıb. 3-cü kurs tələbəsi olan Bolqarıstan vətəndaşı 3 azərbaycanlıya odlu silahdan atəş açıb və onları yaralayıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.