Dünya

Gürcüstan Ermənistana etiraz etdi

5 May 2015 14:01
0 Şərh     Baxış: 1 059
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ermənistanın Gürcüstandakı səfiri Yuri Vardanyan Ermənistan spikeri Halust Saakyanın de-fakto Cənubi Osetiyanın Sxinval regionunun nümayəndəsi ilə görüşü barədə Gürcüstan XİN-ə çağırılıb.

Bu barədə Trend Novosti-Qruziya dərgisinə istinadən məlumat verir.

Cənubi Osetiya KİV-in iddiasına görə, de-fakto Gürcüstanın separatçı regionu Sxinvalın parlament spikeri olan Anatoli Bibilov ermənistanlı həmkarı Halust Saakyanın dəvətilə Azərbaycanın işğal altında olan ərazisində - Dağlıq Qarabağda səfərdə olub.

Nazirliyin məlumatında deyilir: "Gürcüstanın xarici işlər naziri Qiqi Qiqiadze Etmənistanın spikeri ilə Rusiyanın işğalçı rejimində Sxinval regionunun hazırkı nümayəndəsi, qondarma "parlamentin sədri" ilə görüşündən olduqca narahat olduğunu bildirib".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.