Dünya

Hamısının sirri açıldı - FOTO

5 May 2015 13:40
1 Şərh     Baxış: 2 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər hansı bir firma, şirkət yaranarkən özünə mütləq loqo seçir ki, bu da şirkətin gələcəkdə reklam kampaniyalarında mühüm rol oynayır

"Qafqazinfo" məlumat verir ki, CNN-Türk məşhur şirkətlərin loqolarındakındakı gizli mənaları araşdırıb və maraqlı nüanslar ortaya çıxıb.

Belə ki, ilk olaraq məşhur avtomobil şirkəti BMW-dən başlayaq. Bu alman firması əvvəllər təyyarə istehsalı ilə məşğul olduğu üçün loqolarındakı mavi və ağ rəng səmanı təmsil edir. Ağ hissələr mavi səmada təyyarənin pəri kimi düşünülüb.



ABŞ-ın poçt xidmətini həyata keçirən FedEx şirkətinin loqosunda "E" və "X" hərfləri birləşir. Qalan boş hissədə isə ox işarəsinin yarandığını açıq görə bilərik. Bu göndərilənlərin yerinə və tez çatacağına işarə edir.



Apple şirkətinin məşhur loqosu dişlənmiş alma həm Adəm və Həvva, həm də ilk kompüter istehsalında böyük əməyi olan, zəhərə batırdığı almanı yeyib intihar edən Alan Turingə xitab olaraq istifadə olunduğu deyilir.



NBC telekanalı rəngarəng loqosu ilə həyatın hər rəngini bizə göstərdiyini bildirmək istəyir. Ancaq loqo sadəcə rəngli halqalarla kifayətlənməyib. Diqqətlə baxsaq, mərkəzində tovuzquşunun başını, rənglərin isə açılmış quyruğu olduğunu müşahidə edə bilərik.




Təraş vasitələri istehsal edən Gillette firmasının loqosundakı "G" və "İ" hərflərinə diqqətlə baxsaq, ülgüclə kəsilmiş kimi olduğunu görəcəyik. Bu, firmanın necə iti ülgüclər istehsal etdiyini göstərməyə çalışır.



Formula 1-in loqosunda 1 rəqəmini qırmızı hissənin yaratdığını düşünürük. Ancaq loqodakı 1 Formula sözü ilə qırmızı hissə arasındakı boşluqda gizlənir.



Google sözü isə amerikalı bir riyaziyyatçının 100 sıfırlı bir rəqəmə verdiyi addır.



İsveçrənin Bern şəhərində istehsal olunan Toblerone şokoladları öz loqolarında şəhərlərinin adını gizlətməyi bacarıb. Şəhərlərin ayısı adlandırılan Bernin (oxu: ber alman dilində ayı deməkdir) loqosunda dağın ağ hissəsində gizlənən ayı şəkli öz əksini tapır.




Coca-Cola əslində Amerikan şirkətidir. Ancaq "o" və "l" hərflərinin birləşdiyi yerdə Danimarka bayrağı əmələ gəlir. Təsadüfdən istifadə edən Coca-Cola şirkəti Danimarkadakı bütün reklamlarda bunu vurğulamağa çalışır.



Onlayn satış markası olan Amazonun loqosundakı "A"-dan "Z"-yə doğru ox işarəsi isə heç də təsadüfi deyil. Bu, axtardığınız hər şeyi tapa bilərsiz ilə yanaşı, müştərilərinə xoş bir gülümsəmə mesajı göndərməyi də unutmur.



Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.