Dünya

Nyu-Yorkda rüşvət qalmaqalı

5 May 2015 08:59
0 Şərh     Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ-da Nyu-York ştatı Senatının başçısı, 67 yaşlı Din Skelos və onun oğlu, 32 yaşlı Adam Skelos saxlanılıblar.
 
APA-nın "The New York Times" qəzetinə istinadən verdiyi məlumata görə, ata və oğul pul tələb etmə, dələduzluq və korrupsiyada şübhəli bilinirlər.
 
Qeyd olunur ki, Din və Adam Skelos Nyu-York şəhərindəki tikinti şirkəti və Arizona ştatında yerləşən digər şirkətdən 220 min dollar məbləğində rüşvət alıblar.
 
Din Skelos və onun vəkilləri irəli sürülən bütün ittihamları rədd ediblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.