Dünya

Yuxuda olan arvadının başından tüfənglə vurdu

3 May 2015 16:18
13 Şərh     Baxış: 11 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə ər yuxuda olan arvadının başından tüfənglə güllələyərək qətlə yetirib

Anspress-in məlumatına görə, hadisə gecə saat 03 radələrində baş verib. 32 yaşlı Gökhan Ferit Gül 9 illik həyat yoldaşı, 27 yaşlı Ersel Gülü başına 1 dəfə atəş açaraq öldürüb.

Gökhan Ferit Gül bundan sonra yan otaqda yatan oğlu Atakan Gülə tərəf atəş açıb. Ancaq güllə 3-cü sinifdə oxuyan uşaqdan yan keçib.

Onlarla eyni evdə yaşayan atası - 61 yaşlı Cumazi Gül silah səsinə oyanır və tüfəngi oğlunun əlindən almağa çalışır. Atasının əlindən qaçan Gökhan Ferit Gül evdən çıxaraq ətrafa güllə atmaşa başlayır.

Cumazi Gül qorxudan tit-tir əsən nəvəsini qonşuluqdakı evlərdən birinə apararaq gizlədir. Gökhan isə təxminən 100 metr uzaqlıqdakı kənd meydanına gedərək burada tüfənglə başına atəş edir.

Hadisə yerinə təcili tibbi yardım və polis çağırılır. Tibb işçiləri Ersel Gülün artıq öldüyünü təyin edirlər. Gökhan Ferit Gül başından ağır yaralansa da, yaşayır.

Baş verənlərdən xəbər tutan Gül ailəsinin yaxınları Gökhanın psixoloji problemləri olduğunu və bir müddət əvvəl müalicə aldığını bildirirlər. Onun əvvəllər də ailəsini ölümlə təhdid etdiyini deyən qohumlar, Erselin küsüb getdiyi atası evindən yeni döndüyünü deyirlər. Qadın azyaşlı uşağı ilə birlikdə 1 ay atası evində qalıb. Oğlunu atasız böyütmək istəməyən ana əri ilə barışmaq qərarını verir. Bu qərar onun özü üçün verdiyi ölüm hökmü olur...

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.