Dünya

Marsda canlı tapıldı

3 May 2015 13:14
12 Şərh     Baxış: 13 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkil NASA-nın "Opportunity" cizahı ilə çəkilib

Qırmızı planet Marsda canlı varlıq tapılıb. Anspress-in məlumatına görə, ufoloqlar burada bizona bənzəyən heyvanın şəklini əldə ediblər.

Bu şəkil NASA-nın "Opportunity" cizahı ilə çəkilib. Mütəxəssislərin sözlərinə görə, tapıntı dörd ətrafı olan heyvana çox oxşayır.

İri başın üzərində görünənlər ağız, burun və gözləri xatırladır. Daha çox bizona bənzədilən varlığın fərqi ətraflarının daha qısa olmasıdır.

Şəkillər internetə təsadüfən düşüb. NASA-nın özü isə hələlik yayılan xəbərləri şərh etməyə tələsmir. Hərçənd ki, Amerikanın Milli Kosmik Agentliyi olan NASA-nın siyasətinə əsasən, araşdırmalar ictimai mülk sayılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.