Dünya

Qaradərililər qara taledən beziblər - VİDEO - FOTO

28 Aprel 2015 09:45
1 Şərh     Baxış: 2 187
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Merilend ştatının ən böyük şəhəri olan Baltimor dünən səhər saatlarından bəri çalxalanır. Şəhərə Milli Qvardiyanın 1500-dən artıq hərbçisi yeridilib.
 

Milli.Az Baltimor Sun-a istinadən bildirir ki, polkovnik Uilyam Palossinin dediyinə görə, hərbçilərə odlu silah tətbiq etmək yasaqlanıb. Onlar polisə yardım edir, qarətlər, quldurluq və vandalizmin qarşısını alırlar.
 

Baltimor şəhərinə Merilend ştatının başqa şəhərlərindən 500 polis də aparılıb. Şəhəri meriyası ətraf ştatların hakimiyyət dairələrinə üz tutaraq daha 5 min polisin göndərilməsini istəyib.
 

Şəhərdəki iğtişaşlarda 15 polis əməkdaşı yaralanıb.

Polisin qəddarlığına və özbaşınalığına etiraz edən on minlərlə aksiya iştirakçısı 8 polis maşınını darmadağın edəndən sonra bir neçə dükan və ticarət mərkəzini qarət ediblər.
 

Bu zaman aksiya iştirakçıları "Qaradərililər qara taledən beziblər!" qışqırırdılar.
 

Hazırda şəhərdə bir neçə bina yanır. Bu yaxınlarda istifadəyə verilmiş qocalar evinə də od vurulub.

Merilend ştatının qubernatoru Larri Hoqan fövqəladə vəziyyət rejimi tətbiq edib. Baltimor şəhərinin meri Stefani Roulinqs-Bleyk isə 1 həftə müddətinə komendant saatını elan edib.
 

Baltimordakı iğtişaşlar və narazılıqlar gənc qaradərili 25 yaşlı Freddi Qreyin dəfn mərasimindən sonra başlanıb. Ağdərili polislər aprelin 12-də Qreyi saxlayanda onun onurğa sütununu sındırmışdılar. Qrey aprelin 12-də xəstəxanada, koma vəziyyətində ölüb.
 

Ağrıdan qışqıran gəncin həbs olunduğu anların videosu internetdə yayılandan sonra Baltimordakı qaradərililər küçələrə çıxmağa başlayıblar. Qreyin saxlanmasında iştirak etmiş 6 polis zabiti işdən kənarlaşdırılıb və onlarla bağlı araşdırmalar başlanıb.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.
фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.